Avropa Mərkəzi Bankı (AMB) gözləntilərə uyğun olaraq depozit dərəcəsini dörddəbir faiz bəndi endirərək 3%-ə qədər azaldıb.
GDp xəbər verir ki, AMB 2024-cü il üzrə inflyasiya səviyyəsinə dair proqnozlarını yenidən nəzərdən keçirib. İndi AMB-nin proqnozuna görə, inflyasiya 2,4% təşkil edəcək ki, bu da əvvəlki proqnozdan 0,1% aşağıdır. 2025-ci ildə inflyasiyanın 2,1%-ə enəcəyi gözlənilir, bu da əvvəlki proqnozdan 0,1% azdır.
AMB 2024-cü il üçün ümumi daxili məhsulun (ÜDM) artım proqnozunu 0,8%-dən 0,7%-ə qədər aşağı salıb. 2025-ci ildə artımın əvvəlki proqnoz olan 1,3%-dən 1,1%-ə enəcəyi gözlənilir. 2026-cı il üçün də proqnoz yenilənib və 1,5% əvəzinə 1,4% təşkil edir.
Beləliklə, AMB inflyasiya və iqtisadi artım göstəricilərinə dair proqnozlarında kiçik azalmalar etmiş, əsas faiz dərəcəsini isə 0,25 faiz bəndi azaldıb.