Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub.
GDP xəbər verir ki, bu vəzifə Vəli Məmmədova həvalə edilib.
Bundan öncə o, “PAŞA Həyat Sığorta” ASC-nin Korporativ Kommunikasiya rəhbəri vəzifəsini icra edib. 2011-2016-cı illərdə isə Azercell şirkətində çalışıb.
Vəli Məmmədov kommunikasiya, ictimaiyyətlə əlaqələr, korporativ sosial məsuliyyət, dayanıqlı inkişaf, multimedia məhsullarının hazırlanması, tədbir təşkilatçılığı sahəsində geniş təcrübəyə malikdir. Bir çox irimiqyaslı layihələrdə iştirak etmişdir.