Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) istehsal edilən Aİ-95 markalı benzin Ermənistanın yanacaq doldurma məntəqələrində satışa çıxarılıb.
Məlumata görə, Azərbaycandan idxal edilən 600 ton benzin “Ran Oil” şirkətinin yanacaq doldurma məntəqələrində litri 440 drama, yəni 1 manat 96 qəpiyə satılır. Bu qiymət hazırkı bazar qiymətindən – 520 dramdan (2 manat 32 qəpik) – xeyli aşağıdır.
“Ran Oil” şirkətinin Ermənistanın tanınmış oliqarxı Xaçatur Sukiasyana məxsus olduğu bildirilir. “Qrzo” ləqəbi ilə tanınan Sukiasyan əvvəllər 4 dəfə deputat seçilib və 2018-ci ildən bəri baş nazir Nikol Paşinyanın ən böyük dəstəkçilərindən biri kimi tanınır.
Qeyd edək ki, Azərbaycanda Aİ-95 markalı benzinin satış qiyməti 1 manat 60 qəpik təşkil

