Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Mastercard şirkətinin sədr müavini və Strateji inkişaf üzrə prezidenti Con Hantsmann rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
GDP Mərkəzi Banka istinadla xəbər verir ki,görüşdə ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsi, rəqəmsal maliyyə infrastrukturunun gücləndirilməsi və ödəniş sistemlərinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən təşəbbüslər ətrafında müzakirələr aparılıb.
Tərəflər, həmçinin Azərbaycan Mərkəzi Bankı ilə Mastercard arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluqlarını ifadə ediblər. Görüş çərçivəsində 2026–2029-cu illəri əhatə edən strateji əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb və gələcək birgə təşəbbüslərin prioritetləri müzakirə olunub.

