Azərbaycanın Azeri Light markalı nefti keçirilən həftə ərzində güclü artım trendi nümayiş etdirərək, qiyməti 6 dollardan çox artıb.
GDP xəbər verir ki, 21 oktyabrda barrelinin qiyməti 61.83 ABŞ dolları təşkil edən Azeri Light nefti, ard-arda beş günlük artımla 25 oktyabr tarixində 67.84 ABŞ dollarına qədər qalxıb.
Beləliklə, Azərbaycan neftinin qiyməti ötən bir həftə ərzində 6.01 ABŞ dolları və ya 9.7% bahalaşıb.

