Azərbaycan Respublikasının Mərkəzi Bankının yayımladığı rəsmi valyuta məzənnələrinə dair məlumata görə 23–26 yanvar 2026-cı il tarixləri üzrə rəsmi valyuta məzənnələrinin müqayisəsi göstərir ki, bu dövrdə valyuta bazarında dəyişikliklər selektiv xarakter daşıyıb.
GDP xəbər verir ki, bu tarixlər arasında Azərbaycanda ABŞ dollarının məzənnəsi 1.7000 manat səviyyəsində qalaraq heç bir dəyişiklik nümayişetdirməyi. Bu, ölkədə həyata keçirilən sabit məzənnə rejiminə uyğun olaraq manatın dollar qarşısında sabitliyinin qorunduğunu təsdiqləyir.
Sözügedən dövr ərzində avro üzrə isə artım müşahidə olunub. 23 yanvarda 1.9977 manat olan avronun rəsmi məzənnəsi 26 yanvarda 2.0162 manata yüksəlib. Nəticədə avro 0.0185 manat və ya 0.93% bahalaşıb. Bu artım beynəlxalq bazarlarda avronun mövqelərinin güclənməsi ilə əlaqələndirilə bilər.
Rubl üzrə əksinə, cüzi ucuzlaşma qeydə alınıb. 100 rublun məzənnəsi 2.2470 manatdan 2.2434 manata enərək 0.0036 manat və ya 0.16% azalıb.
Türk lirəsinin məzənnəsi isə dəyişməyərək 0.0392 manat səviyyəsində qalıb.
Ümumilikdə, qeyd olunan dövrdə əsas dəyişiklik avro üzrə baş verib, dollar və lirə sabit qalıb, rubl isə minimal zəifləmə nümayiş etdirib.
Müəllif: Aynur Qəniyeva

