2025-ci ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 49 milyard 422 milyon 580 min ABŞ dolları təşkil edib.
Bu barədə GDP Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
O cümlədən, 2025-ci ildə idxal əməliyyatları üzrə 24 milyard 379 milyon 730 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 25 milyard 42 milyon 850 min ABŞ dolları ticarət qeydə alınıb, saldo müsbət 663 milyon 119 min ABŞ dolları olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 47 milyard 612 milyon 101 min ABŞ dolları, o cümlədən, idxal əməliyyatlarının cəmi dəyəri 21 milyard 58 milyon 44 min ABŞ dolları, ixrac əməliyyatlarının cəmi dəyəri 26 miilyard 554 milyon 57 min ABŞ dollar, saldo müsbət 5 milyard 496 milyon 13 min ABŞ dolları təşkil etmişdi.
Beləliklə, ötən il Azərbaycanın ixracı azalıb, idxalı artıb, müsbət saldo 8,3 dəfə azalıb.
2024-cü ildə müsbət saldo 5 milyard 496 milyon 13 min ABŞ dolları, 2025-ci ildə isə 663 milyon 119 min ABŞ dolları olduğuna görə, müsbət saldo 4 milyard 832 milyon 894 min ABŞ dolları azalıb ki, bu da 87,93% azalma deməkdir.
İxrac gəlirlərinin azalması neft-qaz sektoruna daxil olan mallar üzrə gəlirlərin 2024-cü ildəki 23 milyard 197 milyon 549 min dollardan 21 milyard 414 milyon 602 min dollaradək geriləməsilə əlaqədardır.
Cəmi idxalın dəyərinin artması isə əsasən nəqliyyat vasitələri və onların hissələrinin, yeyinti məhsullarının idxalının artması ilə bağlıdır.

