Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb.
2026-cı ilin yanvar-fevral aylarında ölkədə 18 milyard 473,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1,4 faiz artmışdır.
ÜDM istehsalının 32,7 faizi sənaye, 11,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi tikinti, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi informasiya və rabitə sahələrinin, 24,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 12,3 faizini təşkil etmişdir.

