2025-ci ilin 16-20 dekabr həftəsində Azerilight markalı Azərbaycan neftinin qiymətində valotillik müşahidə olunub.
GDP xəbər verir ki, həftənin ilk günü (16 dekabr) Azərbaycan neftinin qiyməti 63.73 ABŞ dolları olmuş, növbəti gün isə 62.45 dollara enib. Ardınca, 18 dekabrda qiymət yenidən artaraq 63.40 dollar, 19 dekabrda isə 63.87 dollar olub. Həftənin sonunda (20 dekabr) qiymət 64.25 dollara yüksəlib. Beləliklə, həftə ərzində ən aşağı qiymət 62.45 dollar, ən yüksək qiymət isə 64.25 dollar olub. Bu dövr ərzində qiymətlər ümumilikdə 0.52 dollar və ya 0.82% artıb.
Beləliklə ,”Azerilight” neftinin 16-20 dekabr tarixləri arasında qiyməti ümumilikdə yüksəlmiş və orta qiymət 63.54 dollar olaraq formalaşıb.

