2025-ci ildə Rusiyadan çay idxal edən ölkələr arasında Belarus təxminən 44 milyon dollarla birinci, Qazaxıstan 17 milyon dollarla ikinci, Azərbaycan isə təxminən 7 milyon dollarla üçüncü yerdə qərarlaşıb.
GDP xəbər verir ki, “Agroexport”un məlumatına görə, Rusiya ötən il xarici bazarlara ümumilikdə 12 min tondan çox çay ixrac edib.
Bu ixracın ümumi dəyəri isə 96 milyon ABŞ dolları təşkil edib.
Statistikaya əsasən, ixracın əsas hissəsini qara çay təşkil edir və onun payı 78%-dir. Yaşıl çayın payı 16% olub. Qalan hissə isə dad və ətir əlavələri olan çay məhsullarından ibarət olub.

