AMB-nin İdarə Heyətinin qərarına əsasən, uçot dərəcəsi 6,5%, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsinə endirilib.
GDP xəbər verir ki, Mərkəzi Bankdan bildirilib ki, qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalına (4±2%) uyğunluğu, qlobal iqtisadi aktivlik və beynəlxalq maliyyə bazarlarındakı mövcud şərait, eləcə də daxili makroiqtisadi mühitdə müşahidə olunan əsas meyillər nəzərə alınıb. Bununla yanaşı, pul siyasəti qərarlarının maliyyə bazarları və real sektora ötürücülüyü də qiymətləndirilib.
Qeyd edək ki, faiz dəhlizi üzrə bu dəyişikliklər pul siyasətinin daha yumşaq istiqamətdə davam etdirildiyini göstərir və iqtisadi aktivliyin dəstəklənməsinə yönəlib.

