Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə işgüzar səfərdə olan “Samruk-Kazına” ASC-nin İdarə heyətinin sədri Nurlan Jakupov ilə görüşüb.
Görüş zamanı tərəflər nəqliyyat və logistika sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Həmçinin Azərbaycan və Qazaxıstan limanlarında dibdərinləşdirmə işləri üzrə birgə layihə çərçivəsində əldə olunmuş nəticələr və qarşıda duran əsas məqsədlər barədə fikir mübadiləsi aparılıb.
Görüşün yekununda mühüm sənəd – AZCON Holding ilə “Samruk-Kazına” ASC-nin törəmə şirkəti olan “Samruk-Kazına Invest” MMC arasında dibdərinləşdirmə gəmisinin alışı və dibdərinləşdirmə işlərinin aparılması məqsədilə birgə müəssisənin yaradılmasına dair səhmdarlar sazişi imzalanıb.
Bu saziş ölkələrimiz arasında nəqliyyat-logistika əməkdaşlığının daha da dərinləşdirilməsinə və Xəzər dənizindəki liman infrastrukturunun inkişafına töhfə verəcək.


