Bakıda Azərbaycan-Tacikistan Forumu keçirilib.
GDP xəbər verir ki, Azərbaycan-Tacikistan Forumunun yekunlarına əsasən, Azərbaycan və Tacikistan arasında 7 ikitərəfli sənəd imzalanıb:
▪️ Tacikistanın Sənaye və Yeni Texnologiyalar Nazirliyi ilə Azərbaycanda qızıl yataqlarının işlənməsi ilə məşğul olan Anglo-Asian Mining şirkəti arasında əməkdaşlıq memorandumu.
▪️ Tacikistan Sənaye İxrac Bankının Dövlət Unitar Müəssisəsi “Sanoatsodirotbonk” və Azərbaycan Sahibkarlığın İnkişafı Fondu arasında anlaşma memorandumu.
▪️ Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı İnnovasiyaları Mərkəzi və Tacikistanın Kənd Təsərrüfatı Nazirliyinin “Kənd Təsərrüfatında Rəqəmsallaşma və Kadrların İnkişafı Mərkəzi” Dövlət Unitar Müəssisəsi arasında “Kənd təsərrüfatında innovasiyalar sahəsində əməkdaşlığın inkişafına dair Niyyət Protokolu”
▪️ Talco ASC ilə Azərbaycan İnvestisiya Şirkəti ASC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu;
▪️ Tacikistanın Sənaye və Yeni Texnologiyalar Nazirliyi yanında Yeni Sənaye Texnologiyalarının Layihələndirilməsi üzrə Layihə Mərkəzi ilə “Baku Steel Company” QSC arasında Anlaşma Memorandumu;
▪️ Tacikistanın “Avesto Group” MMC ilə Azərbaycanın “Azkompozit” MMC arasında əməkdaşlığın genişləndirilməsi haqqında Memorandum;
▪️ Tacikistanın “Tour TJ” azad zona şirkəti və Azərbaycanın “Turizm.az” MMC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında memorandum.