Azərbaycanda beynəlxalq geyim brendlərini təmsil edən “Best Brands” Şirkətlər Qrupunda yeni təyinat olub.
GDP xəbər verir ki, ölkəmizdə tekstil sənayesi üzrə peşəkar marketoloq və sahə üzrə ekspert olan Elxan Mərdanlı “Best Brands” Şirkətlər Qrupunda strateji müşavir vəzifəsinə təyin olunub.
Elxan Mərdanlı uzun illərdir tekstil və pərakəndə satış sahəsində marketinq və inkişaf strategiyaları üzrə fəaliyyət göstərir. Eyni zamanda, onun mətbuatda tekstil sənayesinin inkişafı, mövcud vəziyyəti və çıxış yollarına həsr olunmuş silsilə məqalələri mütəmadi olaraq dərc edilir və sahə üzrə analitik baxış formalaşdırır.
Qeyd edək ki, “Best Brands” Şirkətlər Qrupu ölkəmizdə LC Waikiki, Penti, Koton və Decathlon kimi beynəlxalq geyim brendlərini, eləcə də Funland uşaq əyləncə mərkəzlərini özündə birləşdirən geniş pərakəndə satış şəbəkəsinə malikdir.

