2024-cü ilin may ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 209,1 min nəfər olub.
GDP xəbər verir ki, Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstəricilərə əsasən cari ilin mayın 1-nə qədər Azərbaycanda işsiz olan şəxslərin 43,0 %-i yəni 89.913 min nəfəri qadınlardır. 2023-cü il iyun ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 250,1 min nəfər olub. İşsiz insanların 32,5 %-i yəni 81.2825 min nəfərini qadınlar təşkil edib. Bu da ötən ilə nisbətən ölkəmizdə işsiz qadınların sayının 8,6305 nəfər daha çox olduğunun göstərisidir.
Sözügedən dövr ərzində işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği illik müqaisədə 9.4 manat və ya 2.2% artaraq 412,0 manat təşkil edib.
Müəllif: Aynur Qəniyeva