2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 175 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir.
GDP Dövlət Statistika Komitəsinin məlumatına əsasən apardığı hesablamalara görə bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 ölkə çoxdur və artım 1,74% təşkil edir. Həmin dövrdə məhsul ixrac olunan ölkələrin sayı 120 olaraq qalmışdır. İ
Məlumata görə, idxal əməliyyatları aparılan ölkələrin sayı isə 2024-cü ilin yanvar–oktyabr aylarında 162 olduğu halda, 2025-ci ilin eyni dövründə 170-ə yüksəlmişdir. Beləliklə, idxal olunan ölkələrin sayında 8 ölkəlik artım qeydə alınmış və bu artım 4,94% olmuşdur.
Ümumilikdə, müqayisə göstərir ki, 2025-ci ilin yanvar–oktyabr dövründə ticarət əlaqələrinin coğrafiyası genişlənmiş, ixrac bazarları sabit qalmış, idxal tərəfdaşlarının sayı isə nəzərəçarpacaq dərəcədə artmışdır.

