Bu ilin 10 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 16,2 % artaraq 82,5 milyard ABŞ dollarına çatıb.
GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, oktyabrın sonuna təkcə AMB-nin valyuta ehtiyatları 11,4 milyard ABŞ dolları təşkil edib: “Strateji valyuta ehtiyatları beynəlxalq səviyyədə qəbul edilmiş kifayətlilik normalarını əhəmiyyətli üstələməkdə davam edir, 37 aylıq mal və xidmət idxalına kifayət edir”.

