Xarici investisiyaların azalması fonunda dövlət investisiyaları artıb
Bu məlumatlar Hesablama Palatasının 2025-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə öz əksini tapıb.
Məlumata görə, bu dövrdə əsas kapitala yönəldilən ümumi investisiyalar 12711,1 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% azdır.
Hesabat dövründə xarici mənbələrdən cəlb edilən investisiyalar 27,3% azalaraq 2132,4 milyon manata enib. Daxili investisiyalar isə 2,8% artaraq 10578,7 milyon manat təşkil edib.