Mikromaliyyələşmə şəbəkəsinin təsir imkanları çox genişdir.
GDP xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ həllər”konfransında çıxış edərkən deyib.
Onun sözlərinə görə 2024-cü ilin 3-cü rübünün göstəricilərinə görə bank sektoru üzrə 26.7milyard manat kredit portfeli formalaşıb.”Amma mikromaliyyələşmə üzrə 630 milyon manat kredit portfeli mövcuddur. Bu rəqəm də ümumiyyətlə bank kreditlərinin cəmi 2.4%-ni təşkil edir. Yəni belə götürdükdə rəqəmin kiçik olmasına baxmayaraq mikromaliyyələşmə şəbəkəsinin təsir imkanları çox genişdir,”-deyə Əmiraslanov deyib.