Marja.az xəbər verir ki, Bank hər birinin nominal dəyəri 100 manat olan 200 min ədəd istiqraz buraxacaq.
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar üzrə illik faiz dərəcəsi 11,5%, tədavül müddəti 36 aydır. İstiqraz ürə faiz gəlirləri hər 90 gündən bir ödəniləcəkdir.
“Unibank Kommersiya Bankı” ASC-nin yeni istiqrazlarının anderraytinqi və yerləşdirilməsi “Unicapital İnvestisiya Şirkəti” ASC tərəfindən həyata keçiriləcəkdir.