31 avqust 2025-ci il tarixinə fəaliyyət göstərən bankların cəmi aktivləri 55,672.4 mln. manat təşkil etmişdir. Bu göstərici ötən ilin müvafiq dövrü – 31 avqust 2024-cü il ilə müqayisədə 6,104.7 mln. manat və ya 12.3% artıb.Lakin bankların cəmi aktivləri 31 iyul 2025-ci il ilə müqayisədə 27.7 mln. manat və ya 0.05% azalmışdır.
GDP Mərkəzi Banka istinadla xəbər verir ki, bank sektorunun cəmi öhdəlikləri 31 avqust 2025-ci il tarixinə 48,595.3 mln. manat olmuşdur ki, bu da 31 iyul 2025-ci illə müqayisədə 94.4 mln. manat və ya 0.19% azalma deməkdir. Bununla yanaşı, ötən ilin eyni dövrünə nisbətən öhdəliklər 5,339.3 mln. manat və ya 12.3% artmışdır.
Balans kapitalı isə 31 avqust 2025-ci il tarixinə 7,077.1 mln. manat səviyyəsində olmuşdur. Bu, 31 iyul 2025-ci il ilə müqayisədə 66.7 mln. manat və ya 0.95% artım deməkdir. 2024-cü ilin avqust ayı ilə müqayisədə isə balans kapitalında 765.4 mln. manat və ya 12.1% artım qeydə alınmışdır.
Beləliklə, avqust ayında iyula nisbətən aktivlər və öhdəliklərdə cüzi azalma müşahidə edilsə də, balans kapitalında artım baş vermişdir. İllik müqayisədə isə həm aktivlərdə, həm öhdəliklərdə, həm də balans kapitalında əhəmiyyətli artım qeydə alınmışdır.