Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazimovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-nin paytaxtı Vaşinqtona işgüzar səfər çərçivəsində “BlackRock” şirkətinin baş idarəçi direktoru və qlobal tərəfdaşlar ofisinin həmsədri Coud Abdel Macidlə görüşüb.
GDP bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, görüşdə qlobal maliyyə sisteminin son tendensiyaları, Azərbaycanda maliyyə bazarlarında həyata keçirilən islahatlar, sektorun inkişaf dinamikası, eləcə də investisiya alətlərinin və ehtiyatların idarə olunmasının diversifikasiyası kimi mühüm məsələlər müzakirə olunub, həmçinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi perspektivləri ətrafında müzakirələr aparılıb.