Azərbaycan BRİKS-in tamhüquqlu üzvü olmaq istəyir
GDP TASS-a istinadla xəbər verir ki, bunu X BRİKS Parlament Forumunun plenar iclasında çıxış edən VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova deyib.
“Azərbaycan öz xarici siyasətində dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edir, bu, beynəlxalq platformalar çərçivəsindəki fəaliyyətlərə aiddir”, deyə Azərbaycan spikeri bildirib.
Onun fikrincə, parlamentlər səviyyəsində əməkdaşlığın inkişafı bu məqsədə nail olmağa kömək edəcək.
Qafarova ikili standartlara yol verməmək üçün beynəlxalq parlament platformaları çərçivəsində səmimi dialoqun aparılmasının tərəfdarı olduğunu bildirib.”Parlamentlər əməkdaşlığı təşviq etməli, körpülər qurmalı, qarşıdurma ilə mübarizə aparmalıdır. Biz, məsələn, Avropa Parlamentində olduğu kimi, ikili standartlar platformasına çevrilməmək üçün səmimi dialoqu təşviq etməliyik”-deyə spiker əlavə edib.