Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci il 01 yanvar tarixinə Azərbaycan dövlət zəmanətli borcunun məbləği 10 milyard 957,4 milyon manat olub.
GDP xəbər verir ki, bu, 2024-cü il üzrə ümumi daxili məhsulun (ÜDM) 8,7 faizini təşkil edir.
Dövlət zəmanətinin 9 milyard 196,8 milyon manatı (5 milyard 409,9 milyon ABŞ dolları) və ya 83,9 faizi xarici kreditlərin, 1 milyard 760,6 milyon manatı və ya 16,1 faizi isə daxili kreditlərin payına düşür. Bu məlumatlar, Azərbaycan hökumətinin borc strukturunun böyük hissəsinin xarici mənbələrdən ibarət olduğunu göstərir.