Azərbaycan Gürcüstandan xırdabuynuzlu heyvanların idxalına və tranzitinə qoyulan qadağanı aradan qaldırıb.
GDP xəbər verir ki,bu barədə Gürcüstanın Milli Qida Agentliyi məlumat yayıb.
Qadağa , aprelin 24-də Gürcüstanın sərhədyanı Kvemo Kartli bölgəsində heyvanlar arasında taun xəstəliyinin qeydə alınması ilə əlaqədar tətbiq edilib.
Agentlik vəbanın laborator təsdiqindən sonra xəstəliyin aradan qaldırılması üçün bütün lazımi tədbirləri həyata keçirdiyini, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından bir milyon doza peyvənd və köməkçi avadanlıq aldığını bildirib.