Azərbaycan investisiya şirkətlərinin xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 6.4% artıb.
GDP Mərkəzi Banka istinadən xəbər verir ki, 2024-cü ilin birinci yarımili ərzində investisiya şirkətlərinin müştəri aktivləri genişlənmişdir. 2023-ci ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin müştəri aktivləri 8% (121 mln. manat) artaraq 1 mlrd. 721 mln. manata çatıb.
Məlumata görə, müştəri aktivlərində artımın əsas səbəbi xarici bazarda broker xidmətləri olmuşdur. Belə ki, xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 6.4% (83 mln. manat) artmışdır.