Ölkənin əsas kapitalına yönəldilmiş investisiyaların 75,2 faizi daxili mənbələr hesabına formalaşmışdır.
GDP xəbər verir ki, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində öz əksini tapan məlumatlara əsasən, ümumi investisiyaların 2,3 milyard manatı yəni 28,7%, neft-qaz sektoruna, 5,8 milyard manatı isə (71,3%) qeyri-neft-qaz sektoruna yönəldilmişdir.
Hesabat dövründə qeyri-neft-qaz sektoruna yönəldilmiş vəsaitin həcmində 13,5 faiz artım qeydə alınıb. Bu göstəricilər hökumətin iqtisadiyyatın diversifikasiyası və daxili investisiya mənbələrinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin təsirini əks etdirir.
Qeyd edək ki, Ortamüddətli Xərclər Çərçivəsi dövlətın maliyyə planlaşdırmasında və iqtisadi inkişaf prioritetlərinin müəyyən edilməsində əhəmiyyətli rol oynayır.