Azərbaycan Respublikası Mərkəzi Bankının dəstəyi, Azərbaycan Fintex Assosiasiyasının (AzFina) təşkilatçılığı və “PashaPay”-in sponsorluğu ilə “Fintex Üfüqləri Forumu” təşkil olunub.
GDP xəbər verir ki,forum ölkənin fintex ekosistemində fəaliyyət göstərən aparıcı şirkətləri bir araya gətirərək, “AniPay” (Ani Ödənişlər Sistemi – AÖS) və Hökumət Ödəniş Portalının imkanları, QR ödənişləri, rəqəmsal transformasiya istiqamətləri və maliyyə xidmətlərinin gələcəyi geniş müzakirə olunub.
Tədbirin əsas məqsədi rəqəmsal ödənişlərin tətbiqini sürətləndirmək və maliyyə texnologiyalarında innovasiyanı təşviq etmək olub. Forumda çıxış edən mütəxəssislər, 2024-cü ildə ölkədə nağdsız əməliyyatların 66% artım qeydə alınmasını və “AniPay” sisteminin rəqəmsal iqtisadiyyatdakı rolunun artımını qiymətləndiriblər.
Tədbir çərçivəsində iştirakçılar AÖS infrastrukturu əsasında qurulmuş innovativ ödəniş məhsulları, yeni tənzimləmə tələblərinə uyğun xidmət modelləri və 24/7 fasiləsiz fəaliyyət göstərən sistemlər əsasında biznes həlləri üzrə fəaliyyət göstəriblər. Məqsəd mövcud texnologiyanı daha səmərəli şəkildə istifadə edərək, real bazar ehtiyaclarına cavab verən praktik modellər hazırlamaq olub.
Forumun yekununda uğurlu həllər təklif edən komandalara sertifikatlar təqdim olunub.