Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti pul-siyasəti parametrlərində dəyişiklik etməmək qərarı qəbul edib. Qərara əsasən, uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 8.25% səviyyəsində saxlanılacaq.
Mərkəzi Bankdan edilən açıqlamada qeyd olunub ki, bu qərar mövcud iqtisadi şərait, inflyasiya proqnozları və beynəlxalq bazar tendensiyaları nəzərə alınmaqla müəyyənləşdirilib.