Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsi ilə bağlı qərarını elan edib.
GDP xəbər verir ki, qərara əsasən, uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb.
Bankdan edilən açıqlamada qeyd olunub ki, bu qərarın qəbulunda bir sıra amillər əsas götürülüb. Bunlara faktiki və gözlənilən inflyasiyanın 4±2% hədəf intervalı ilə uyğunluğu, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud şərait, daxili makroiqtisadi meyillər, həmçinin pul siyasəti qərarlarının real sektora ötürülməsinin xüsusiyyətləri daxildir.
Bu, AMB-ın inflyasiyanı hədəf intervalında saxlamaq və iqtisadi artımı dəstəkləmək məqsədilə mövcud pul-kredit şəraitini sabit saxlamaq strategiyasını əks etdirir