Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Düşənbəyə işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikasının Mərkəzi Bankının sədri Mamarizo Nurmuratovla görüşü keçirilib.
GDP xəbər verir ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və Azərbaycan Mərkəzi Bankı ilə Özbəkistan Respublikasının Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Mərkəzi Bankın sədri Taleh Kazımov Memorandumun hər iki mərkəzi bank arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyi ilə bağlı əminliyini ifadə edib.