22 yanvar 2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını elan edəcək.
GDP xəbər verir ki,həmin gün saat 11:00-da Mərkəzi Bankda mətbuat konfransı keçiriləcək. Konfransda qəbul edilən qərarın detalları, faiz dəhlizinə təsir edən amillər və gələcək monetar siyasət istiqamətləri barədə məlumat veriləcək.