Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən, uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
GDP xəbər verir ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf çərçivəsində (4±2%) olması və makroiqtisadi meyillərin hərtərəfli təhlili nəzərə alınaraq qəbul edilib.
Mərkəzi Bankın açıqlamasına görə, qərarın əsas məqsədi iqtisadi sabitliyi qorumaq, qiymət artımını hədəf daxilində saxlamaq və makroiqtisadi tarazlığın davamlılığını təmin etməkdir.