Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25% səviyyəsində dəyişməz saxlanılıb.
GDP xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 8.25% olaraq müəyyən edilib.
Mərkəzi Bankdan verilən açıqlamaya görə, qərar faktiki inflyasiyanın proqnoz inflyasiya trayektoriyasına uyğunluğu, proqnozlaşdırılan inflyasiyanın 4±2% hədəfi ilə müqayisəsi, həmçinin qlobal iqtisadi proseslərin təsirləri və daxili makroiqtisadi vəziyyət nəzərə alınmaqla qəbul edilib.