Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov BP şirkətinin baş iqtisadçısı Spenser Deyl və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylini qəbul edib.
GDP xəbər verir ki, görüşdə BP tərəfindən hazırlanan və 2024-cü il üçün enerji bazarlarına dair proqnozları özündə əks etdirən “BP Enerji Proqnozu” hesabatı təqdim olunub. BP-nin baş iqtisadçısı Spenser Deyl tərəfindən təqdim edilən hesabatın müxtəlif ssenariləri barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı, həmçinin Azərbaycanda mövcud makroiqtisadi vəziyyət, yaşıl iqtisadiyyatın inkişafı və neft-qaz sektorunun perspektivləri kimi aktual məsələlər müzakirə edilib.
Qeyd edək ki, bu görüş Azərbaycanla BP arasında enerji sektorundakı əməkdaşlığın davam etdirilməsi və gələcək inkişaf perspektivlərinin nəzərdən keçirilməsi baxımından əhəmiyyət daşıyır.