Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Al Ula şəhərində keçirilən CEME2025 konfransı çərçivəsində Qətər Mərkəzi Bankının sədri Şeyx Bəndər bin Məhəmməd bin Səud Əl-Tani ilə görüşüb.
GDP xəbər verir ki,görüş zamanı tərəflər iki ölkənin mərkəzi bankları arasında mövcud əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyətini müzakirə ediblər. Həmçinin, əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri, məlumat və təcrübə mübadiləsinin gücləndirilməsi imkanları nəzərdən keçirilib.
Qeyd edək ki, AlUlaCEME2025 konfransı mərkəzi banklar arasında regional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayır.