Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 2025-ci ilin sentyabr ayında 61,1 milyon dollar və ya 0,5% artaraq 30 sentyabr 2025-ci il tarixində 11 milyard 310,5 milyon dollara çatıb.
Bu barədə GDP Mərkəzi Banka istinadən xəbər verir ki, 29 avqust 2025-ci il tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard 249.4 milyon dollar təşkil etmişdi.
2025-ci ilin 8 ayı ərzində Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları351 milyon dollar və ya 3,2% artıb.