Azərbaycan manatı ölkə müstəqillik əldə etdikdən sonra 1992-ci il avqustun 15-də dövriyyəyə buraxılıb.
GDP-nin məlumatına görə,əvvəlcə müxtəlif nominallı əskinas və sikkələr, habelə rubllar dövriyyədə idi.
2005-ci ildə valyutanın denominasiyası həyata keçirildi, nəticədə köhnə manatlar yeniləri ilə əvəz olundu və 1 yeni manat 5000 köhnə manata bərabər oldu. Yeni manat Avstriyanın OeBS şirkəti tərəfindən hazırlanıb və İsveçrə Milli Bankının dəstəyi ilə çap edilib.