Bu ilin sentyabr ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 460 min barel təşkil edib.
GDP bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı avqust ayı ilə müqayisədə 4 min barel çoxdur.
Hesabata əsasən, “OPEC+” razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, sentyabrda faktiki hasilat 91 min barel geriləyib.
Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 465 min barel, ikinci rübündə isə 462 min barel, üçüncü rübdə isə 458 min barel təşkil edib.
2024-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 482 min barel olub.