Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov Asiya İnkişaf Bankının (AİB) ölkə üzrə direktoru xanım Sunniya Durrani-Camal ilə görüşüb.
GDP xəbər verir ki, görüş zamanı 2025-2029-cu illəri əhatə edəcək yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi təqdim edilib.
Görüşdə tərəflər Azərbaycan ilə AİB arasındakı uğurlu tərəfdaşlıqdan məmnunluq ifadə edərək, gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Həmçinin, müxtəlif sahələrdə tərəfdaşlığın dərinləşdirilməsi və Azərbaycanın iqtisadi inkişafına dəstək istiqamətində birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi Azərbaycan ilə AİB arasında əməkdaşlığın daha da möhkəmlənməsinə və ölkənin davamlı inkişaf strategiyasına dəstək verəcək mühüm bir sənəd kimi qiymətləndirilir.