Azərbaycan və Bolqarıstan arasında energetika, ticarət və sənaye sahələrində əməkdaşlıq potensialı müzakirə edilib.
GDP xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Bolqarıstanın energetika naziri Vladimir Malinov ilə Azərbaycan və Bolqarıstanın iqtisadi əlaqələrinin inkişaf istiqamətlərini nəzərdən keçirdik. Energetika, ticarət və sənaye sahələrində sıx əməkdaşlıq potensialının reallaşdırılması məsələlərini müzakirə etdik”, – deyə o qeyd edib.