Azərbaycan və Özbəkistan nümayəndə heyəti Kabilə səfəri çərçivəsində ticarət, nəqliyyat və logistikanın inkişafı, faydalı qazıntı yataqlarının, o cümlədən karbohidrogen yataqlarının işlənməsi, o cümlədən Şimali Əfqanıstanda ildə 1 milyon ton istehsal gücü olan sement zavodunun tikintisi üzrə 3 tərəfli danışıqlar aparılacaq.
GDP xəbər verir ki, bu barədə Taliban Ticarət Nazirliyinin məlumatına yayımlayıb.
Məlumata görə Özbəkistan nümayəndə heyətinə investisiya, sənaye və texnologiya naziri Laziz Kudratov, Azərbaycan nümayəndə heyətinə isə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov rəhbərlik edir.
Taliban Ticarət Nazirliyindən onları müvafiq olaraq bərabər statuslu Nurəddin Əzizi və Əhmədullah Zahid qəbul edib.