Ölkəyə daxil olan pul baratlarının həcmi 567,8 milyon dollar təşkil etmişdir.
GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun qurumun Statistika departamentinin direktoru Samir Nəsirov deyib.
O bildirib ki,nəzərinizə çatdırmaq istəyirəm ki, təkrar gəlirlər balansının profisitini şərtləndirən əsas maddə ölkəyə pul köçürmə sistemləri ilə daxil olan və çıxan pul baratlarıdır.Bu dövrdə ölkəyə daxil olan pul baratlarının həcmi 567,8 milyon dollar təşkil etmişdir.
Samir Nəsirov əlavə edib ki, ölkədən çıxan pul baratlarının həcmi isə təxminən 259.6 milyon , yəni 260 milyon dollara yaxın olmuşdur və bu 343 milyon dollarlıq profisi şərtləndirmişdir.
Mərkəzi Bank rəsmisi ölkəyə daxil olan pul baratlarının həcminə görə ilk top 5 ölkənin adlarını sadlayaraq qeyd edib:
- Rusiya Federasiyası -287milyon
- Türkiyə Cümhuriyyəti – 82.3 milyon
- ABŞ -30.5 milyon,
- Gürcüstan -17 .4 milyon
- Birləşmiş Krallıq – 16.1 milyon dollarla ilk beşliyi tamamlayır.