Bu ilin yanvar-may aylarında Azərbaycanda 154 337 daşınmaz əmlak hüquqi qeydə alınıb.
Dövlət Əmlak Xidmətindən verilən məlumata görə, 15,5%-i yəni 23 989-mini ilkin, 84,5%-i yəni 130 348- hüquqların yenidən rəsmiləşdirilməsidir.
Qeydə alınmış obyektlərin 39 177-si Bakıda, qalanları isə respublikanın regionlarında olub.
Daşınmaz əmlakın növləri üzrə əmlakın qeydiyyatı: fərdi və bağ evləri – 23 455, mənzillər – 34 094, torpaq sahələri – 91 749, qeyri-yaşayış binaları – 1 357,qeyri-yaşayış sahələri – 3 345,yaşayış kompleksləri – 321,çoxmərtəbəli binalar – 16.