Azərbaycanda bank sektorunun xalis xarici aktivləri 2024-cü ildə 24599.4 milyon manat olub, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici üzrə 1.5% azalma müşahidə olunur. Bu, xarici ticarət balansı və kapital hərəkətlərindəki nisbi zəifləməni göstərir.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Ölkədə bank sektorunun xalis daxili aktivləri 2024-cü ildə 20069.1 milyon manat olmuşdur ki, 2023-cü ilə nisbətən 3.9% artım deməkdir. Bu, daxili iqtisadi aktivliyin güclənməsini və daxili tələbatın artmasının birbaşa göstəricisidir.