Bu ilin yanvar-mart aylarında Azərbaycanda elektron satınalmalarda orta iştirakçı sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 56 % artaraq 6,4 təşkil edib.
GDP xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, ötən ilin müvafiq dövründə bu göstərici 4,1-ə bərabər olub: “Dövlət satınalmaları sahəsində aşkarlığın təmin olunması bərabər rəqabət mühiti imkanlarının genişləndirilməsinə şərait yaradır”.
M.Abbasbəyli bildirib ki, dövlət satınalmalarında bazar subyektlərinin iştirak səviyyəsinin yüksəlməsi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq sahənin rəqəmsallaşdırılması, rəqabətli və şəffaf satınalma prosesinin təşkilinin nəticəsidir.