2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi 2023-cü ilin avqust ayına nisbətən 3.5 faiz olub və bu da 2023-cü ilin noyabrından bu tərəfə maksiumumdur.
GDP xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb
Qida məhsulları, içkilər və tütün məmulatları üzrə 3.0 faiz, qeyri-qida məhsulları üzrə 1.8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5.6 faiz təşkil edib.
2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.4 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1.3 faiz təşkil edib.