Kaspersky MDB ölkələrində kibertəhlükə mənzərəsi haqqında genişmiqyaslı hesabatını təqdim edib.
GDP xəbər verir ki, 2024 və 2023-cü illərin birinci rübünə dair “MDB ölkələri üçün təhlükə mənzərəsi” hesabatında Kaspersky Cyber threat Intelligence komandası cari təhdidlər barədə açıqlama verib.
Məlumata görə Azərbaycanda 2024-cü ilin yanvar-mart ayları ərzində istifadəçilərin 49,37%-i kibertəhlükələrlə üzləşib.
Fişinq hücumları ən çox bank məlumatlarına və ya maliyyə institutları ilə əlaqəli digər məxfi məlumatlara çıxış əldə etmək məqsədilə həyata keçirilib.