Close Menu
    What's Hot

    PAŞA Bank Türkiyənin xalis mənfəəti 33%-dən çox artıb

    14 Avqust 2025

    Azərbaycanda yonca sahələri dövlət dəstəkli aqrar sığorta ilə qorunacaq

    14 Avqust 2025

    Perplexity Google-un Chrome brauzerini 34,5 milyard dollara almağa hazır olduğunu AÇIQLAYIB

    14 Avqust 2025
    Trending
    • PAŞA Bank Türkiyənin xalis mənfəəti 33%-dən çox artıb
    • Azərbaycanda yonca sahələri dövlət dəstəkli aqrar sığorta ilə qorunacaq
    • Perplexity Google-un Chrome brauzerini 34,5 milyard dollara almağa hazır olduğunu AÇIQLAYIB
    • Banklararası təminatsız bazardakı aktivlik artıb: 6 ayda 41,4 milyard manatlıq əməliyyat
    • Mərkəzi Bank sterilizasiya üçün 6 ayda 66 not hərracı keçirib, qalıq 2.9 dəfə artıb
    • Aleph-in qlobal təcrübəsi indi yerli brendlər üçün əlçatandır
    • Azərbaycan iqtisadiyyatı 1%-ə yaxın böyüyüb, neft-qaz sektorunun və sənayenin ÜDM-dəki payı AZALIB
    • “Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      PAŞA Bank Türkiyənin xalis mənfəəti 33%-dən çox artıb

      14 Avqust 2025
      Recent

      PAŞA Bank Türkiyənin xalis mənfəəti 33%-dən çox artıb

      14 Avqust 2025

      Banklararası təminatsız bazardakı aktivlik artıb: 6 ayda 41,4 milyard manatlıq əməliyyat

      13 Avqust 2025

      Mərkəzi Bank sterilizasiya üçün 6 ayda 66 not hərracı keçirib, qalıq 2.9 dəfə artıb

      13 Avqust 2025
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi – (YANVAR-İYUL /2025)

      06 Avqust 2025

      Bakı Fond Birjasının rəhbəri bağlanmış “NBC Bank”ın Birjaya borcu ilə bağlı açıqlama verib

      19 İyul 2025

      Ruslan Xəlilov: “Xarici brokerlərin Bakı Fond Birjasına məsafədən üzv qəbul olunması üçün qanunvericilikdə müəyyən dəyişikliklər edilə bilər”

      19 İyul 2025

      “PSG-Kapital” İnvestisiya Şirkətinin adı dəyişdirilib

      12 İyul 2025

      Google səhmi 200 ABŞ dolları həddini keçdi

      08 Avqust 2025

      Səudiyyə Ərəbistanı Asiya bazarı üçün neftin qiymətini yüksəldib

      07 Avqust 2025

      Nvidia tezliklə bütün dövrlərin ən bahalı şirkətinə çevrilə bilər

      04 İyul 2025

      ABŞ-da yenilənə bilən enerji şirkətlərinin səhmləri düşür, kömür şirkətlərinin qiymətləri isə artır

      30 İyun 2025

      “Pasha Pay” və “Binance” inteqrasiyası -Mərkəzi Bank daha 6 ay vaxt verdi

      06 Avqust 2025

      Kvant texnologiyaları Bitcoin-in təhlükəsizliyinə təhdid yarada bilər

      26 May 2025

      BlackRock indi “Satoshi Nakamoto”dan sonra ikinci ən böyük Bitcoin sahibi olub

      21 May 2025

      Bitcoin qiyməti 20 mayda 107 min dollar səviyyəsini keçdi: günlük 1.43% artım

      21 May 2025

      Google səhmi 200 ABŞ dolları həddini keçdi

      08 Avqust 2025

      Səudiyyə Ərəbistanı Asiya bazarı üçün neftin qiymətini yüksəldib

      07 Avqust 2025

      İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi – (YANVAR-İYUL /2025)

      06 Avqust 2025

      “Pasha Pay” və “Binance” inteqrasiyası -Mərkəzi Bank daha 6 ay vaxt verdi

      06 Avqust 2025
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Aleph-in qlobal təcrübəsi indi yerli brendlər üçün əlçatandır

      13 Avqust 2025
      Recent

      Aleph-in qlobal təcrübəsi indi yerli brendlər üçün əlçatandır

      13 Avqust 2025

      “Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır

      12 Avqust 2025

      Zəngəzur dəhlizi TRIPP adlanacaq

      07 Avqust 2025
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Digər » Azərbaycanda kazino oyunlarına icazə verilir – RƏSMİ
    Bu günün xəbərləri

    Azərbaycanda kazino oyunlarına icazə verilir – RƏSMİ

    18 İyun 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycan Respublikasında qanunvericiliyin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsi nəzərdə tutulur.

    Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

    Millət vəkilinin sözlərinə görə, Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik layihəsinə əsasən, Azərbaycanda qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsi nəzərdə tutulur.

    Həmin oyunların yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə təşkili və keçirilməsi nəzərdə tutulur.

    Layihəyə əsasən, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən ediləcək. Oyunlar yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs tərəfindən təşkil edilə biləcək.

    “Azərbaycanda kazino fəaliyyəti ölkə Prezidentinin “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” Sərəncamı ilə 27 yanvar 1998-ci il tarixində qadağan olunmuşdu.

    Sirr deyil ki, keçid dövründə effektiv nəzarət mexanizmlərinin olmaması və dünya təcrübəsinin öyrənilməməsi həm bu fəaliyyət növlərinin Azərbaycan iqtisadiyyatına ziyan vurmasına, həm də qeyri-qanuni yollarla əldə edilmiş pulların leqallaşdırılmasına və digər cinayətlərin törədilməsinə əlverişli şərait yaradırdı.

    Lakin dövlət aparatının güclənməsi, nəzarət mexanizmlərinin oturuşması bu gün artıq 28 il öncəki real səbəbləri aradan qaldırmaq üçün kifayət qədər effektiv formada fəaliyyətə imkan verir.

    Aydındır ki, normal tənzimləmə olduğu halda kazinolar ölkəyə turist cəlb edir, yeni iş yerləri yaradır və verdiyi vergilərlə dövlət büdcəsinin gəlirinin artırılmasına şərait yarada bilir. Məsələn Böyük Britaniyada bu gəlir illik 20 milyard, İtaliyada 15 milyard, Niderlandda isə 4 milyard ABŞ dolları civarındadır. Kazinoların leqallaşdığı və etiraf edək ki, soydaşlarımızın məhz bu məqsədlə çox üz tutduğu qonşu Gürcüstan (2001-ci ildən) illik 100-150 milyon, Rusiya (2009-cu ildən) isə 20-30 milyon dollar civarında vergi gəlirləri əldə edib.

    Təbii ki, bu sahənin leqallaşdırılması və tənzimlənməsi sadə məsələ deyil və bir çox amillərin nəzərə alınmasını zərurətə çevirir. Bu mənada nəzərə almalıyıq ki, kazinolar ölkənin bütün ərazisini yox, yalnız süni torpaq sahələrini əhatələyəcək və kifayət qədər sərt tələblər əsasında lisenziya ala və çoxsaylı amillər, o cümlədən sosial-mənəvi aspektlər gözlənilməklə ciddi nəzarət altında fəaliyyət göstərə biləcək.

    Digər tərəfdən, etiraf etməliyik ki, hazırkı dövrdə bu sahədə fəaliyyətə qadağa tam mənada effektiv ola bilməz. Çünki ötən dövrün təcrübəsi də göstərir ki, zaman-zaman Azərbaycanda gizli kazinolar yaradılıb və dəfələrlə hüquq-mühafizə orqanları bu cür fəaliyyətləri aşkar edib. Eyni zamanda bir qayda olaraq fırıldaqçılıqla məşğul olan onlayn-kazinoların fəaliyyəti kifayət qədər geniş vüsət alıb.

    Bu mənada ölkədə cari qanun layihəsinin timsalında kazino fəaliyyətinin hüquqi bazası formalaşarsa, qeyri-leqal oyun biznesi və fırıldaqçılığa da ciddi zərbə olar, bu istiqamətdə vergidən yayındırılan vəsaiti dövlət büdcəsinə yönəldər, xaricə pul axınının və eyni zamanda çirkli pulların yuyulmasının qarşısının alınmasında önəmli rol oynayar”, – deyə B.Məhərrəmov fikrini tamamlayıb.

    Mənbə: Trend

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    PAŞA Bank Türkiyənin xalis mənfəəti 33%-dən çox artıb

    14 Avqust 2025

    Azərbaycanda yonca sahələri dövlət dəstəkli aqrar sığorta ilə qorunacaq

    14 Avqust 2025

    Perplexity Google-un Chrome brauzerini 34,5 milyard dollara almağa hazır olduğunu AÇIQLAYIB

    14 Avqust 2025

    Banklararası təminatsız bazardakı aktivlik artıb: 6 ayda 41,4 milyard manatlıq əməliyyat

    13 Avqust 2025
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.


    Ana səhifə

    Bank xəbərləri

    İqtisadiyyat

    Birja

    Digər