2024-cü ilin yanvar oktyabr ayları ərzində Azərbaycanda kommersiya banklarının xarici öhdəlikləri 1963.0 milyon manat olmuşdur ki, 2023-cü ilə nisbətən 7,1% azalmanın göstəricisidir.
GDP Mərkəzi Banka istinadən xəbər verir ki,bu, bankların xarici öhdəliklərə olan asılılığının azaldığına işarə edir.
Ümumiyyətlə, kommersiya banklarının aktiv-passiv strukturunda 2024-cü ildə 2023-cü illə müqayisədə müsbət dinamika müşahidə olunmuşdur. Xarici aktivlərin və iqtisadiyyata verilmiş kreditlərin artması, resurs bazasının genişlənməsi maliyyə sektorunun möhkəmlənməsindən xəbər verir.